Xəbər lenti

 

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 13-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın təmsilçi qüvvələrinin Bağdad hava limanı yaxınlığındakı bir hərbi bazaya qarşı həyata keçirdiyi raket hücumuna kəskin reaksiya verib.

İranın təmsilçi qruplarının dekabrın 10-da Bağdadın hava limanı yaxınlığında amerikalı əsgərlərin də olduğu bir hərbi bazaya qarşı raket hücumunda 6 iraqlı hərbçisi yaralanıb. Eyni hücum, dekabrın 12-də İraq hərbçilərinə qarşı təkrarlanıb.

İran rəhbərlərinə xəbərdarlıq edən Pompeo deyib ki, Amerika İranın və ona bağlı təmsilçi qruplarının bu kimi hücumları qarşısında sakit qalmayacaq: “Əgər İran yaxud onun təmsilçi qrupları Amerika qüvvələrinə və ya bizim iraqlı tərəfdaşlarımıza qarşı hər hansı bir xəsarət yetirsələr Amerika Birləşmiş Ştatları onlara kəskin cavab verəcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı yazısında bildirib.

Xatırladaq ki, bundan əvvəl Amerikanın yüksək rütbəli bir hərbi rəsmisi jurnalistlərə açıqlamasında İranın İraqda dəstəklədiyi hərbi qruplaşmaların Amerika əsgərlərinə ev sahibliyi edən hərbi bazalara qarşı raket hücumlarına toxunaraq, onların qırmızı xəttə yaxınlaşmaqda olduğunu və koalisiya qüvvələrinin buna kəskin reaksiya verəcəyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 14-12-2019, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma