Xəbər lenti

 

Yunanıstan “düşmənimin düşməni dostumdur” prinsipini əsas götürərək Türkiyəyə düşmən olan ölkələrlə münasibətlərini inkişaf etdirməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, ər Riyad və Abu Dabini ziyarət edən Yunanıstan Baş naziri Kiriakos Miçotakis Səudiyyə Ərəbistanına Patriot hava hücumundan müdafiə sistemi verməyə razılaşıb.

Neft müəssisələrinə hava hücumunu dəf etmək məqsədilə Patriot hava hücumundan müdafiə sistemi tələb edən ər Riyadın istəyinə ABŞ, Fransa və İngiltərədən sonra Yunanıstan da yaşıl işıq yandırıb.

Qeyd edək ki, Yunanıstanda ABŞ-dan aldığı Patriot sistemləri var. Fevral-mart aylarında Afina Patriot sistemlərini Səudiyyəyə göndərməyi planlaşdırır. Bu məqsədlə sistemlə yanaşı, 100-ə yaxın yunan əsgəri də Səudiyyə Ərəbistanına gedəcək və onların maliyyə məsələlərini ər Riyad qarşılayacaq.

Səudiyyə bunun üçün ilə 33-45 milyon dollar xərcləməli olacaq.

Yunanıstan mediası qeyd edir ki, ər Riyad Patriot sisteminə qarşılıq olaraq Türkiyə-Yunanıstan anlaşmazlıqlarında Afinanı dəstəkləyəcək.




Ana səhifəyə qayıt        Baxış: 609          Tarix: 6-02-2020, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma