Xəbər lenti

 

“Ukraynanın şərqindəki cari vəziyyət göstərir ki, Rusiya Ukraynaya hücum planlarından imtina etməyib”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Kiyevdə Ukrayna Milli Müdafiə Universitetinində keçirilən tədbirdə ölkənin müdafiə naziri Stepan Poltorak deyib.

“Cəbhədəki vəziyyət göstərir ki, təcavüzkar Rusiya Federasiyası bizim ölkəmizi tutmaq ideyasından imtina etməyib. Bu şərtlərdə Ukraynanın müdafiə sektorunda islahatları davam etdirmək və ordunu möhkəmləndirmək lazımdır”, - Müdafiə Nazirliyinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, yalnız 2016-cı ildə Ukrayna Silahlı Qüvvələrinin arsenalına hərbi texnikanın 2,5 min vahidi daxil edilib, texnikanın 15 min vahidi isə təmir olunub. Nazir söyləyib ki, ordunun ixtisaslaşmasında xüsusilə NATO-nun standartları nəzərə alınır.




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 16-06-2017, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma