Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti barəsində xoşagəlməz açıqlama verib. O, Fransanın Aralıq dənizinin şərqində hərbi varlığını artıracağını bildirib və Türkiyənin bu regionda apardığı təbii qaz axtarışını dayandırmasını tələb edib.

Türkiyənin “Sabah” nəşrinin yazdığına görə, Makron Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə telefon söhbətindən sonra yazılı bəyanat verib, Türkiyənin Aralıq dənizindəki  axtarış-kəşfiyyat fəaliyyətindən narahat olduğunu və “iki NATO üzvü arasında sülh dialoqu şəraitinin yaradılması üçün” bu fəaliyyətlərin dayandırılmalı olduğunu bildirib.

Makron  “regiondakı vəziyyəti izləmək və beynəlxalq hüququn tətbiq edilməsi qətiyyətini vurğulamaq məqsədilə” Fransanın Şərqi Aralıq dənizindəki hərbi varlığını müvəqqəti olaraq gücləndirəcəyini də qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 308          Tarix: 13-08-2020, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma