Xəbər lenti


Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Girəsuna getməsi nəticəsində yolun bağlanması yerli sakinlərin narazılığına səbəb olub.

Musavat.com xəbər verir ki, yerli sakinlər sosial şəbəkələrdə yolun iki saat bağlı qalmasını tənqid ediblər.

Nazir Süleyman Soylu isə sakinlərə narahatlıq yaşatdığı üçün üzr istəyib:

"Üzr istəyirəm. Orada olmalı idim. Doğankənddə, polisimiz şəhid olduğu nöqtədə idim.

Gediş-gəlişim yarım saat çəkdi. Axtarış-xilasetmə bölgəsində idik. Yaşatdığım narahatlıq üçün təkrar üzr istəyirəm". 

Qeyd edək ki, nazir Girəsunda sel fəlakəti baş verdiyi üçün əraziyə səfər edib.



Ana səhifəyə qayıt        Baxış: 2 288          Tarix: 6-09-2020, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma