Xəbər lenti


Kremlin sözçüsü Dmitri Peskov İngiltərənin məşhur “The Sun” qəzetində Rusiya Prezidenti Vladimir Putin barədə yayılan məlumatı təkzib edib.

“AzPolitika.info” xəbər verir ki, Kremlin sözçüsü ingilis nəşrində Putinin xəstə olması və istefa verəcəyilə bağlı yazılanların yalan olduğunu deyib: “Tamamilə cəfəngiyyatdır. Prezidentin sağlamlığıyla bağlı hər şey yaxşıdır”.

Qeyd edək ki, bundan öncə “The Sun” Putinin istefa verməyə hazırlaşdığını və bunun səhhətindəki problemlə bağlı olduğunu bildirmişdi.

Xatırladaq ki, hələ bu ilin iyun ayında V.Putin 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirakını istisna etmədiyini söyləmişdi.

Həmçinin, Rusiyanın dövlət başçısı varisinin kim olacağına dair suala cavab verərkən, bunun üzərində hələ 2000-ci ildən düşündüyünü, lakin seçimin xalq tərəfindən ediləcəyini bildirmişdi.



Ana səhifəyə qayıt        Baxış: 3 141          Tarix: 6-11-2020, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma