Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya arasında imzalanan razılaşma müzakirə edilib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, Təhlükəsizlik Şurasında Rusiya və Türkiyə liderləri arasında imzalanan razılaşmanın tətbiqi və Suriyadakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Peskov Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvlərinə Soçidə baş tutan I Rusiya-Afrika zirvəsi çərçivəsində keçirdiyi çoxsaylı görüşlər haqda da məlumat veridyini söyləyib. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 26-10-2019, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma