Xəbər lenti

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun həbsdə olan rus müxalifətçi Aleksey Navalnı ilə həbsdə olan kataloniyalı siyasətçiləri müqayisə eləməsi İspaniya ilə Rusiya arasında diplomatik böhrana səbəb olub.
İspaniyanın Xarici İşlər naziri Arança Qonsales Laya İspaniyanın Milli Radiosuna müsahibəsində deyib: “İspaniyada siyasi məhbus yoxdur. Həbsdə olan siyasətçilər var”.


Laya ölkəsində tam demokratiyanın olduğunu söyləyib, Kataloniyadakı siyasətçilər kimi, Navalnının da Rusiyada azad siyasi kampaniya apara biləcəyinə ümidvar olduğunu söyləyib. Laya iki ölkə arasında müqayisə aparmaq istəmədiyini söyləsə də əlavə edib: “İspaniya dünyada tam demokratiyanın olduğu 23 ölkədən biridir. Rusiya isə 167 ölkə arasında 126-cı sıradadır”.


Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozüf Borrell bu gün Lavrov ilə danışığı zamanı həbsdə olan rus müxalifətçi Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.
Lavrov isə Navalnının vəziyyətini İspaniyadakı Kataloniya Muxtariyyətinin müstəqil olmasına cəhd elədiyi üçün həbsdə olan 9 nəfər katalon siyasətçi ilə müqayisə edərək, “Katalon siyasi məhbusları” ifadəsini səsləndirib.







Ana səhifəyə qayıt        Baxış: 2 653          Tarix: 6-02-2021, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma