Xəbər lenti


Belarus prokurorları müxalifət lideri Svyatlana Tixanovskayaya qarşı terrorizm ittihamlı cinayət işinə başladıqlarını bildiriblər. Bu barədə qərarı martın 29-da baş prokuror Andrey Şved elan edib.

Belarusdan ötən ilin avqust prezident seçkisindən sonra mühacirətə məcbur edilən müxalifət lideri hələki bu xəbərə reaksiya verməyib.
Şvedin bəyanatında iddia olunur ki, guya Tixanovskaya və daha bir neçə nəfər Minskdə və ölkənin başqa şəhərlərində partlayışlar və yanğınlar törətməyi planlaşdırırmışlar.

Bəyanatda bu ittihamların təfərrüatları açıqlanmır. Bundan əvvəl prokurorluqdan verilən məlumatda deyilirdi ki, Minskdə və paytaxt yaxınlığındakı Borisov şəhərində bomba partlatmağa cəhd edən bir nəfər həbs edilib.

Xatırladaq ki, Belarusda ötən ilin 9 avqust prezident seçkisində Aleksandr Lukaşenko 6-cı dəfə qalib elan ediləndən dərhal sonra kütləvi etiraz aksiyaları başlanıb. Etirazçılar seçkinin Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını vəəslində Tixanovskayanın qalib gəldiyini deyirlər. Avropa İttifaqı, ABŞ və bir sıra Qərb ölkələri seçki nəticələrini və Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

Lukaşenkonun qalib elan edilməsindən sonra paytaxt Minskdə və başqa şəhərlərdə ona qarşı aylarla davam edən etiraz aksiyaları keçirilib. Polis etiraz aksiyalarına sərt müdaxilə edib və aksiyaçılara divan tutulub. Bu zaman bir neçəetirazçının həlak olduğu məlumdur.

Nümayişlərin davam etdiyi həftələrdə Lukaşenko hökuməti 33 minədək insanı məhbus edib.Onlardan bir çoxuna işgəncələr verildiyi iddia edilir.
Buna cavab olaraq Qərb Lukaşenko hökumətinin rəsmilərinə və onun oğullarına sərt sanksiyalar elan edib.

Ötən həftə Tixanovskaya anti-Lukaşenko etirazlarının yeni dalğasına çağırıb. Bununla əlaqədar Minsk və başqa şəhərlərə təhlükəsizlik qüvvələri və hərbi texnika yeridilib.Son aksiyalarda da yüzlərlə etirazçının saxlandığı bildirlir.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 054          Tarix: 30-03-2021, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma