ABŞ polisi Nyu-Yorkun Bronks rayonundakı Livan hospitalında atəş açan şəxsi zərərsizləşdirib.
"Report" "Brealing News"a istinadən xəbər verir ki, atəş açan şəxs hospitalın keçmiş əməkdaşı həkim Henri Bello olub.
O, binanın 17-ci mərtəbəsində gizlənərək "M-16" tipli tüfəng ilə müdafiə olunub.
***23:28
Bakı. 30 iyun. REPORT.AZ/ Nyu-Yorkun Bronks rayonunda yerləşən Livan hospitalında silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Terror Events" nəşri yazıb.
Atəş açan şəxsin həkim Henri Bello olduğu bildirilir.
Bakı. 30 iyun. REPORT.AZ/ Nyu-Yorkun Bronks rayonunda yerləşən Livan hospitalında atışma olub.
"Report" ABŞ-ın "The Mirror" nəşrinə istinadən xəbər verir ki, əraziyə polis bölmələri cəlb edilib.
Nəşrin məlumatına görə, insident nəticəsində zərərçəkənlər var.
"The Breaking News"un məlumatına görə, hospitalda atışma nəticəsində azı 2 nəfər yaralanıb. Bundan əlavə, binada yanğın olması barədə məlumat daxil olub.