Xəbər lenti

Kreml Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilən AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı şərh etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskovun sözlərinə görə, bu, ilkin hesabatdır və Rusiyanın müvafiq orqanları onu diqqətlə araşdıracaq.

Lakin o, Prezident Administrasiyasının bu məsələyə rəsmi şərh verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.




Ana səhifəyə qayıt        Baxış: 3 385          Tarix: 5-02-2025, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma