Xəbər lenti

 

Bu gün Yaxın Şərqdə iki ölkənin xəritəsi dəyişir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misir Tiran və Sənafir adalarını rəsmən Səudiyyə Ərəbistanına verir.

İyunun 13-də Misir parlamentinin Konstitusiya və qanunvericilik işləri üzrə komitəsi Qırmızı dənizdə yerləşən iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərarı təsdiq etmişdi. Bu gün parlamentin ümumu iclasında komitənin qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, bu məsələ ilə bağlı Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədinin demarkasiyası barədə saziş ötən il imzalanıb. Adaların tarixi mənşəyinə gəlincə, Tiran və Sənafir mübahisəli adalardır.

Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə əhali arasında narazılıq yaradıb.

Ömər




Ana səhifəyə qayıt        Baxış: 804          Tarix: 1-07-2017, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma