Xəbər lenti

 Misir parlamentinin Konstitusiya və qanunvericilik işləri üzrə komitəsi Qırmızı dənizdə iki adanın Səudiyyə Ərəbistanına verilməsi barədə qərarı təsdiq edib.

Trend-in məlumatına görə, təsdiq edilən qərara əsasən, Tiran və Sənafir adalarının Ər-Riyada verilməsi nəzərdə tutulur.

Bundan sonrakı mərhələdə həmin məsələ parlamentin ümumi iclasında səsverməyə çıxarılacaq.

Qeyd edək ki, bu məsələ ilə bağlı Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədinin demarkasiyası barədə saziş ötən il imzalanıb.

Adaların tarixi mənşəyinə gəlincə, Tiran və Sənafir mübahisəli adalardır.




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: 13-06-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma