Xəbər lenti
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
4-02-2025, 18:41
4-02-2025, 17:54
4-02-2025, 16:27
4-02-2025, 16:00
4-02-2025, 13:44
4-02-2025, 11:43
4-02-2025, 09:30
3-02-2025, 23:43
Oslo NATO qoşunlarının Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinə qarşıdır.
Ovqat.com xəbər verir ki, Norveçin yeni xarici işlər naziri Anniken Vitfeldt bu açıqlama ilə çıxış edib.
Vitfeldt “VG” nəşrinə açıqlamasında bildirib ki, ölkənin yeni hökuməti NATO müttəfiqləri ilə Rusiya sərhədləri yaxınlığındakı hərbi fəaliyyəti məhdudlaşdırmağı planlaşdırır.
Nazir bu məsələni Böyük Britaniya və ABŞ ilə müzakirə etmək niyyətindədirlər, çünki bu ərazilərin Norveç Silahlı Qüvvələri tərəfindən müstəqil şəkildə müdafiə olunması Oslonun maraqlarına daha uyğundur: “Mən Böyük Britaniya və ABŞ-la bu barədə danışmaq istəyirəm. Onlar öz qərarlarını verməlidirlər. Amma Norveçin maraqlarını biz qorumalıyıq”.
Vitfeldt onu da qeyd edib ki, hazırda Rusiya ilə sərhədə yaxın ərazidə NATO qoşunlarının sayı “soyuq müharibədən sonrakı dövr”ün digər zamanlarından çox deyil.
Nəşrin bildirdiyinə görə, Norveçin keçmiş hökuməti də təxminən bu fikirdə idi. Norveç Silahlı Qüvvələri Əməliyyat Qərargahının keçmiş komandiri Rune Yakobse keçən il nəşrə verdiyi verdiyi açıqlamasında bildirmişdi:
“Biz tərəfdaşlarımıza söyləməyə çalışırıq ki, ruslar Norveç təyyarələrinin və gəmilərinin Barents dənizində olmasına öyrəşiblər. Və orada bizim "Marjata" gəmimiz üzür. Biz bunun gələcəkdə də belə olmasını istəyirik: ölkəmizin şərqində Amerikanın P8 müşahidə təyyarəsinin yox, öz təyyarəmizin uçmasını arzulayırıq”.
Lakin keçmiş hökumətin bütün bu iradları NATO qüvvələrinin Barents dənizinə açılmasına mane olmamışdı. 2018-ci ildə Barents dənizində NATO-nun o zamana qədərki ən böyük hərbi təlimləri keçirmiş, təlimlərə 50 min hərbi qulluqçu, 250 təyyarə, 65 gəmi və 10 min nəqliyyat vasitəsi qatılmışdı. "Trident Juncture” adlanan təlimlər NATO-nun şimal cəbhəsində Rusiyaya ən ciddi güc nümayişi kimi yadda qalmış və alyansın yaxın zamanlarda Barents dənizinə açılacağına dair önəmli siqnal kimi qəbul olunmuşdu.
Üzərindən 2 il keçdikdən sonra, yəni keçən il Barents dənizi yenə NATO gəmilərinin hərbi təlimlərinə ev sahibliyi etmişdi. Budəfəki təlimlərdə əsasən ABŞ və Böyük Britaniyanın iştirakı diqqət çəkmişdi: Böyük Britaniyanın “Sutherland” freqatı və “TİDESPRİNG” hərbi həniz tankeri, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Ross” destroyeri. Norveçin “Thor Heyerdahl” freqatı da onlara qoşulmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Ross” destroyeri “Tomahavk” balistik raketləri və Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunması Rusiyada ciddi narahatlıq doğurmuşdu.
Anniken Vitfeldtin Xarici İşlər naziri olduğu Norveçin yeni hökuməti sentyabrın 13-də keçirilən seçkilərdən sonra qurulub. Sosial Demokrat İşçi Partiyası (AP) və Mərkəz Partiyasının (SP) Conas Gahr Störün rəhbərliyi altında qurduqları koalisiya hökumətinin baş diplomatı kimi xanım Vitfeldt bir neçə gün öncə Riqada keçirilən NATO sammitində ilk dəfə idi ki, iştirak edirdi. Müşahidəçilərin fikrincə, “çiçiyəyi burunda” olan xanım diplomatın indidən belə başlaması Conas Gahr Stör hökumətinin də sonunu gətirə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər