Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Ötən həftə uzaq Şimal Rusiya ilə NATO arasında şərti döyüş əməliyyatları zonasına çevrildi.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Nəşrin yazdığına görə, iki ordu regionda bir növ duel təşkil etdilər.
Norveç, Kanada və Almaniya hərbi gəmiləri, ABŞ Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları və B-1 bombardmançıları Norveçin qərb sahillərində təlimlər keçirdi. Onlar radioelektron vasitələrlə mübarizə və düşmənin gəmi əleyhinə raketlərinin məhv edilməsi tapşırıqlarını icra etdilər.
“Təəccüblü deyil ki, NATO gəmi və təyyarələri Norveçin qərbində təlimlər keçirən vaxt Rusiya donanması da ölkənin şərqində təlim keçirdi.
Rusiyanın güclü “Marşal Ustinov” raket kreyseri Norveç yaxınlığındakı fyordlarda gizlənərək NATO sualtı gəmilərinə zərbə əməliyyatını məşq edirdi. Manevrlərdən sonra gəmi Şimal dənizinə qayıtdı.
Dünyanın ən güclü gəmilərindən biri öz kursunu Rusiya-Norveç dəniz sərhədinin keçdiyi Varanger-fyord istiqamətində götürdü”, - nəşr bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar