Xəbər lenti

 
NATO ölkələri Şimal dənizində əməliyyat planlaşdırırlar. 
 
Ovqat.com-un Rusiyanın Vesti.ru portalına istinadən verdiyi məlumata görə çoxmillətli əməliyyat qrupuna Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmiləri rəhbərlik edəcək. 
 
Əməliyyat "Böyük Britaniya və onun müttəfiqlərinin regiona sərbəst girişini və Naviqasiya azadlığına sadiqliyini nümayiş etdirməsi” məqsədilə keçiriləcək.
 
Krallıq donanmasının məlumatına əsasən, Britaniya HMS Sutherland və RFA Tidespring freqatları ABŞ Hərbi Dəniz Qüvvələrinin asminantı ARLEİGH Burke USS Ross və Norveçin Hnoms Thor Heyerdahl freqatı ilə birgə hərəkət edəcək. Onlara Danimarka patrul təyyarələri dəstək verəcək.
 
Əməliyyat iştirakçıları "kompleks ətraf mühitə uyğunlaşmanı yaxşılaşdırmaq"üçün mənfi temperaturda işləyəcəklər.
 
Şimal dənizi şəraitində NATO ölkələrinin hərbi hazırlığının artırılmasına yönəlmiş əməliyyat Barents dənizində Britaniya-Amerika əməliyyatına əsaslanır. Həmin əməliyyat 2020-ci ilin may ayında keçirilmişdi.
 


Ana səhifəyə qayıt        Baxış: 3 534          Tarix: 8-09-2020, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma