Xəbər lenti

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, Vaşinqton İranın nüvə silahı əldə etməyə çalışacağı təqdirdə İsrailin “fəaliyyət azadlığı” hüququnu tanıyır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sallivanın sözlərinə görə, Amerika tərəfi bu məsələ ilə bağlı İrana öz mövqeyini açıq şəkildə bəyan edib. Sullivan xatırladıb ki, ABŞ prezidenti Co Bayden dəfələrlə İsrailin fəaliyyət azadlığını tanımaqla bu bəyanatı dəstəkləmək üçün addımlar atacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda, Sallivan qeyd edib ki, ABŞ nüvə proqramı ilə bağlı İran hökuməti ilə əməkdaşlığı davam etdirəcək. O, həmçinin İranın "Birgə hərtərəfli fəaliyyət planı"ndan çıxmasının faciəvi səhvi adlandırıb.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bəyan etmişdi ki, İran beş nüvə bombası istehsalı üçün kifayət qədər uran toplayıb.

Mayın 3-də məlum olub ki, bir qrup ABŞ konqresmeni parlamentin müzakirəsinə ABŞ-ın Yaxın Şərq regionunda əsas müttəfiqi kimi İsrailə dəstəyin davam etdirilməsinin, habelə bu ölkəyə müdaxilənin qarşısının alınmasının zəruriliyini qeyd edən qətnamə layihəsini parlamentin müzakirəsinə verib.




Ana səhifəyə qayıt        Baxış: 5 019          Tarix: 5-05-2023, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma