Xəbər lenti

"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda Moskva ölmüş hərbçilərinə sahib çıxmayıb".

 "qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda artıq 3 000 civarında ölmüş rusiyalı var idi. Nümayəndə heyətinə deyirəm ki, əhalinin çıxarılması məsələsində anlaşdıq, bəs sizin ölənlərinizin meyitlərini nə edəcəyik? Nümayəndə heyətinin rəhbəri (Rusiya) müdafiə nazirinin müavininə üz tutur, o isə deyir ki, "Təsdiq etmirik, 10, 20, ya da 30 ölü var". Mən də deyirəm ki, siz təsdiq etməsəniz də, üç mindir", - deyə nazir bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 771          Tarix: 6-05-2023, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma