Xəbər lenti

“İrəvanla Bakı arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları planlaşdırılmır”.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Buna baxmayaraq, Rusiya əvvəllər imzalanmış üçtərəfli sənədlərə uyğun olaraq öz funksiyalarını yerinə yetirməkdə davam edir.

“Srağagün Putin Qələbə bayramı münasibətilə Moskvada olan Paşinyanla ayrıca söhbət edib. Azərbaycan tərəfi ilə təmaslar davam edir”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfləri təmkinli olmağa çağırır.

Mənbə: İzvestiya




Ana səhifəyə qayıt        Baxış: 3 767          Tarix: 11-05-2023, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma