Xəbər lenti

İsrail ABŞ və İran arasında nüvə proqramı ilə bağlı müzakirə edilən istənilən müvəqqəti razılaşmaya qarşıdır.

“Ölkə.Az” “Associated Press”ə istinadən xəbər verir ki, belə bir bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.

Netanyahu İsrail mətbuatında Vaşinqton və Tehran arasında "sanksiyaların bir qədər yumşaldılması müqabilində İranın nüvə proqramını müəyyən qədər məhdudlaşdırmağa yönələcək" razılaşmaların əldə edildiyinə dair xəbərlərdən sonra danışıb.

Netanyahu deyib ki, İsrail ABŞ-ni məlumatlandırıb ki, “kiçik razılaşmalar” adlanan ən məhdud razılaşmalar belə, fikrimizcə, məqsədə xidmət etmir və biz də onlara qarşıyıq”.

İsrail rəsmiləri hesab edir ki, zənginləşdirməni məhdudlaşdırmaq üçün artıq bəzi razılaşmalar əldə olunub və bəzi vəsaitlər artıq dondurulub.




Ana səhifəyə qayıt        Baxış: 2 885          Tarix: 19-06-2023, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma