Xəbər lenti

Polşa Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə cavab olaraq Amerikanın nüvə silahlarına ev sahibliyi etmək istəyir.

Modern.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravieski bildirib.

“Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olduğuna görə, biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə çağırırıq”, - o, Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, yekun qərar amerikalı tərəfdaşlardan asılı olacaq.

NATO-nun mübadilə proqramı nüvə başlıqlarının nüvə silahına malik olmayan üzv dövlətlərə yerləşdirilməsini nəzərdə tutur. Proqram alyansın nüvə çəkindirmə siyasətinin bir hissəsidir. Mübadilə çərçivəsində ABŞ-ın nüvə silahları Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyə ərazisində yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 929          Tarix: 1-07-2023, 00:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma