“Vaşinqton Ukraynaya kasetli sursatlar verəcək”.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Sallivanın sözlərinə görə, ABŞ Ukraynaya indiyədək bu cür sursatların verilməsi qərarını təxirə salıb, belə ki, onlardan istifadə mülki əhali üçün risk daşıyır. Ağ Ev sözçüsü bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu sursatlardan öz ərazisində istifadə edəcək və öz əhalisi üçün riskləri minimuma endirəcək.
“Ukraynaya kaset sursatlarının tədarükü ABŞ-də artilleriya mərmilərinin istehsalının artırılması dövründə müvəqqəti variant olacaq”, - deyə Sallivan əlavə edib.
Bundan əlavə, onun sözlərinə görə, Kiyev Vaşinqtona yazılı təminat verib ki, bu cür sursatlardan ehtiyatla istifadə edəcək.
Eyni zamanda Sallivan qeyd edib ki, kasetli sursatların yeni hərbi yardım paketinə daxil olub-olmayacağı ilə bağlı rəsmi açıqlama Pentaqon tərəfindən veriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Amerika KİV-də, o cümlədən “The New York Times” nəşrində məlumatlı mənbələrə istinadən ABŞ-nin Ukraynaya kaset sursatlarının tədarükünü elan etmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı.
Eyni zamanda Pentaqon Ukraynaya 800 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Vaşinqton yeni hərbi yardımın bir hissəsi olaraq Kiyevə “Bradley” piyada döyüş maşınları, “Stryker” zirehli transportyor, “HIMARS” və “Patriot” sistemləri üçün döyüş sursatları tədarük edəcək.
“800 milyon dollarlıq yeni yardım paketinə 155 mm-lik artilleriya mərmiləri, həmçinin kaset sursatları da daxil olacaq”, - deyə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol brifinqdə məlumat verib.
Məlumata görə, yardım paketinə “Patriot” zenit-raket kompleksi üçün əlavə sursat, hava hücumundan müdafiə üçün AIM-7 raketləri, “Stinger” zenit sistemləri, yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları, 31 155 mm haubitsa, 155 mm və 105 mm kalibrli artilleriya mərmilər, 32 BMP “Bradley”, 32 “Stryker”, minatəmizləmə avadanlıqları, “Javelin” və digər tank əleyhinə sistemlər və raketlər, dəqiq idarə olunan aviasiya sursatları, optik izləmə sisteminə malik raketlər, “Penguin” pilotsuz uçuş aparatları, avadanlıqların evakuasiyası üçün 27 taktiki maşın, avadanlıqların çəkilməsi və daşınması üçün 10 taktiki avtomobil, partlayıcı sursatlar və maneələrdən yayınma sistemləri, atıcı silahlar və 28 milyondan çox atıcı silah patronları və qumbaraatanları, ehtiyat hissələri və digər sahə avadanlıqları daxildir.
Mənbə: Meduza, Kommersant.ru
Paylaş: