Xəbər lenti

NATO-nun genişlənməsi ilə bağlı Türkiyəyə təzyiqlər əbəsdir.

“Report” xəbər verir ki, bu barədə yerli KİV-ə Ankaradakı diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, İsveç NATO-ya üzvlüklə bağlı ərizənin bir neçə həftə ərzində təsdiqini gözləyir: “Bununla bağlı Türkiyəyə təzyiq edilir. Amma sənəd çətin ki, yaxın müddətdə təsdiqlənsin. Bu məsələdə son sözü Türkiyə deyəcək”.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. İsveç hələ ki NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, Ərdoğan İsveçin NATO-ya üzv olması ilə bağlı sənədin ratifikasiya olunması üçün parlamentə göndərilməsinə razılıq verib.




Ana səhifəyə qayıt        Baxış: 3 470          Tarix: 23-10-2023, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma