Türkiyəli hərbçilərə qarşı hücumlara hazırlaşan İŞİD-in qondarma lideri Abdullah Əl Cündi Suriyada ələ keçib.
Bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.
Bildirilir ki, kod adı “Hattab El Muhacir” olan terrorçu MİT-in (Türkiyənin Kəşfiyyat İdarəsi) Hələb şəhərində keçirdiyi əməliyyatla tapılıb. Onun “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı terror hazırlığında olduğu müəyyən edilib.
Bunu Əl Cündinin özü etiraf edib. O, həmçinin bildirib ki, İŞİD terrorçuları bu məqsədlə vaxtaşırı kəşfiyyat fəaliyyətləri həyata keçirirlər.
Məlumata görə, əməliyyat nəticəsində terror təşkilatının fəaliyyət planları ifşa edilib, həmçinin qruplaşmaya aid çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
Mənbə: TRT Haber
Paylaş: