
Xəbər lenti
Dünən, 22:28
Dünən, 21:00
Dünən, 20:00
Dünən, 15:57
Dünən, 13:05
Dünən, 11:06
Dünən, 10:39
13-08-2025, 23:45
13-08-2025, 21:59
13-08-2025, 20:32
Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiyanın Kursk şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
Musavat.com xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində yanğın başlayıb.
Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn Telegram kanalında bildirib ki, dronun binaya düşməsi nəticəsində bir qadın həyatını itirib, biri ağır olmaqla altı nəfər yaralanıb.
Yerli media yanğının görüntülərini yayıb. Kadrlarda binanın yaxınlığında bir neçə eyvanın və avtomobilin yandığı görünür.
Məlumata görə, zədələnmiş bina Kursk dəmir yolu stansiyasına yaxın, yerli hava limanından isə 2–3 kilometr məsafədə yerləşir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar