Xəbər lenti

 

Texnologiya nəhəngi hesab olunan Samsung şirkətinin vəliəhdinə 12 il həbs cəzası verilib.

Cənubi Koreyada aparıcı texnologiya şirkəti sayılan “Samsunq”un rəhbəri Li Kun-Hee 2014-cü ildə ürək tutmasından dünyasını dəyişib. Şirkətə rəhbərlik isə yeganə oğlu, şirkətdə sədr müavini vəzifəsində çalışan Li Jae-Yonqa tapşırılıb. Sentyabr ayından şirkəti idarə edən Li haqqında korrupsiya iddialarını əsassız sayan səlahiyyətli prokuror da başda olmaqla, 4 nüfuzlu şəxs haqqında istintaq başladılıb./Publika.az/

Linin Cənubi Koreyanın keçmiş dövlət başçısı Park Qeun-Henin yaxın dostu Çoi Soon ilə əlaqəli fondlara 38 milyon dollar rüşvət verdiyi məlum olub.

Li rüşvət və digər cinayətlər səbəbindən 12 il müddətinə azadlıqdan məhrum edilib. Digər 4 nəfər idarə heyəti üzvləri isə hər biri ayrı-ayrılıqda 10 il həbs cəzası alıb.




Ana səhifəyə qayıt        Baxış: 647          Tarix: 7-08-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma