
Rusiya və ABŞ-nin qarşısında uzun yol var, lakin tərəflər Alyaska sammiti zamanı irəliləyişə nail olublar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında Ankoricdə keçirilən danışıqlardan sonra "Birinci Kanal"a verdiyi şərhdə deyib.
"Biz hələ çox yol keçməliyik, lakin irəliləyiş əldə etmişik", - deyə o bildirib.
Marko Rubio Alyaska danışıqlarının nəticələrinin Ukraynada sülh prosesinə təkan olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
"Biz buna ümid edirik, bunun üçün də görüşmüşdük", - deyə o qeyd edib.
Dövlət katibi Rusiya və ABŞ liderləri arasında növbəti görüşün nə vaxt gözlənildiyini açıqlamasa da, bunun tezliklə baş tutacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.
Paylaş: