
Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampa mindən çox ukraynalı hərbi əsirin siyahısı olan sənəd təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, Tramp bu sənəd barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya prezidenti vurğulayıb ki, Ukrayna onları götürməkdən imtina edir.
"Putin əlavə etdi ki, Kiyev onları qəbul etməyə razı olmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişədə itkiləri etiraf etməyə çağırıb.
"Prezident Zelenski razılaşmalıdır ki, bu, dəhşətli müharibədir və o bu müharibədə çox şey itirir", - deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, sülh sazişinin gələcək taleyi Ukrayna liderindən asılıdır.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.
Paylaş: