Xəbər lenti

ABŞ və Şimali Koreya bütün hərbi qarşıdurmaya baxmayaraq, gizli təmaslar yaradır.

Publika.az
 xəbər verir ki, bu barədə məlumatı “Assoşeyted Press” agentliyi Ağ Evdəki mənbələrə istinadən yayıb.

Məlumata görə, son iki ayda Vaşinqton və Pxenyan arasında gizli diplomatik kanal yaradılıb.

“Hər iki tərəfin nümayəndələri gizli şəkildə görüşlər keçirərək, müzakirələr aparır”, - deyə xəbərdə bildirilir.

ABŞ-ı görüşlərdə Trampın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cosep Yun, Şimali Koreyanı isə bu ölkənin BMT-dəki diplomatlarından Pak Sonq İl təmsil edir. 




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 12-08-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma