Xəbər lenti

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Hakan Fidanın Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü planlaşdırılır.

Görüşlər zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə mövzusu olacaq.

Hakan Fidanın, həmçinin, həmkarı Ceyhun Bayramov ilə Azərbaycan-Ermənistan sülh prosesi başda olmaqla, Suriya, Qəzza və Ukraynadakı vəziyyət, o cümlədən yaxın regionda baş verən hadisələr və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparacaqları gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 3 762          Tarix: Bu gün, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma