Macarıstan və Serbiya birgə enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi, o cümlədən 2028-ci ilə qədər elektrik şəbəkələrinin gücünün iki dəfə artırılması və üç il ərzində yeni neft kəmərinin tikintisi ilə bağlı razılığa gəlib.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Macarıstan və Serbiya rəqabətli qiymətlərlə etibarlı enerji təchizatını təmin etmək kimi ortaq məqsəd çərçivəsində strateji enerji tərəfdaşlığını gücləndirib.
"Macarıstan-Serbiya sammitində sanksiyalar, Ukrayna qazının tranzitinin dayandırılması və "Türk axını" qaz kəmərinə hücumlar kimi çağırışlar şəraitində Mərkəzi Avropanın enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilib", - Siyarto yazıb.
Paylaş: