Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli məsələləri müzakirə ediblər.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilib.

Onlar Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinin nəticələri, təşkilat çərçivəsində görüləcək işlər, həmçinin Ermənistan-Rusiya ikitərəfli gündəliyinə aid bir sıra məsələlərdən danışıblar.

Öz növbəsində, Kremlin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Putinlə söhbət zamanı İrəvanın Avropa İttifaqı ilə münasibətləri kontekstində atdığı son addımlarla bağlı vəziyyəti izah edib.

Həmçinin, xüsusilə energetika sahəsində inteqrasiya əməkdaşlığı müzakirə olunub.

"Aİİ çərçivəsində birgə fəaliyyətin əməli faydası qeyd edilib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub", - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 189          Tarix: Bu gün, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma