
İranın bu gün səhər saatlarında həyata keçirdiyi raket zərbələrindən biri "Qlilot" hərbi bazasında yerləşən 8200 nömrəli bölüyün obyektinə tuş gəlib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ərazidə həm "Mossad"ın, həm də İsrail Müdafiə Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) struktur bölmələri yerləşir.
Ümumilikdə, İranın busəhərki hücumları "Mossad"a və AMAN-a məxsus obyektləri hədəf alıb.
Hazırda zərbələrin dəqiq nəticələri barədə ətraflı məlumat yoxdur, çünki hadisənin birbaşa görüntüləri və nəticələrinə dair təsdiqlənmiş materiallar ictimaiyyətə təqdim olunmayıb. Buna görə də hücumun İran tərəfi üçün nə qədər uğurlu olduğu dəqiq deyil.
Bununla belə, Təl-Əvivin şimalında yerləşən Şaron bölgəsində hələ də yanmaqda olan bir binanın AMAN tərəfindən istifadə edildiyinə dair çoxsaylı məlumatlar yayılıb.
Paylaş: