Xəbər lenti

"Yük maşınları Fordo obyektindən heç nə çıxara bilməyib".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Ərazidəki avtomobillər və kiçik yük maşınları obyektin üst hissəsini doldurmağa çalışan betonlama işləri görənlərə məxsus idi. Ərazidən heç nə çıxarılmayıb. Bu, çox təhlükəli olardı və daşınması çətin olardı!", - Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl "The Washington Post" ABŞ-nin zərbələrindən iki gün öncə yeraltı kompleksə giriş yolunda 16 yük maşınını göstərən Fordo obyektinin peyk şəkillərini dərc edib. Ertəsi gün onların çoxu obyektdən təxminən bir kilometr uzaqlaşıb.




Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 26-06-2025, 22:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma