Xəbər lenti

Almaniya Ukraynanın mümkün qədər tez beş Patriot hava hücumundan müdafiə sistemi almasına kömək edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı  Almaniyanın müdafiə naziri Boris Pistorius açqılayıb. O, bəyan edib ki, Berlin həm də Ukrayna istehsalı olan uzaq mənzilli pilotsuz təyyarələrin alınmasını maliyyələşdirəcək.

Pistorius Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin təmin edilməsinin zəruri olduğunu vurğulayıb: "Keçən həftə Vaşinqtona səfərim zamanı mən Pentaqon rəhbəri Pit Heqsetlə razılaşdım ki, Almaniya təcili ehtiyac duyulan beş Patriot sisteminin sürətlə çatdırılmasına töhfə verəcək. Buna necə nail olacağımızı müəyyən etmək üçün qarşıdakı bir neçə gün ərzində tərəfdaşlarımız arasında qarşılıqlı etimad ruhunda hərəkətlərimizi yaxından əlaqələndirəcəyik. Bundan əlavə, britaniyalı dostlarımızla birlikdə Almaniya tərəfindən maliyyələşdirilən Gepard ZSU üçün qısa müddətdə 220 min ədəd 35 mm-lik sursat təmin edəcəyik”

O, həmçinin vurğulayıb ki, Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli dronların alınmasını maliyyələşdirəcə: "Buna görə də biz Ukrayna istehsalı olan uzaqmənzilli PUA-ların kompleks alınmasını maliyyələşdiririk. Bu sistemlər artıq döyüş meydanında öz effektivliyini sübut edir. Almaniya tərəfindən maliyyələşdirilən ilk sistemlər yaxın günlərdə Ukrayna silahlı qüvvələrinə təhvil veriləcək və dərhal istifadəyə hazır olacaq. Biz əlavə investisiyalar təqdim etməklə və Almaniya ilə Ukraynanın müdafiə sənayesi arasında sıx texniki əməkdaşlıq təşkil etməklə bu potensialı daha da gücləndirmək niyyətindəyik".




Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: Dünən, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma