Xəbər lenti

Ukrayna ABŞ ilə döyüş dronlarının tədarükü üzrə genişmiqyaslı müqavilə bağlamağa çalışır.

Oxu.Az-ın Liga.net nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə müdafiə ixracı məsələsini

şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna pilotsuz təyyarələrinin alınmasına dair ABŞ tərəfi ilə ilkin razılaşmalar artıq mövcuddur.

"Biz ABŞ ilə, prezident Trampla razılaşdıq ki, onlar bizdən dronlar alacaqlar", - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerova, müdafiə naziri Denis Şmıqala və onun müşaviri Aleksandr Kamışinə 10-30 milyard dollar dəyərində razılaşma hazırlamağı tapşırıb.

Paralel olaraq, Ukrayna artıq xaricdə pilotsuz təyyarələr üçün istehsal xətləri yaradır.




Ana səhifəyə qayıt        Baxış: 3 281          Tarix: Dünən, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma