Xəbər lenti

Avropa İttifaqı (Aİ) bu il Ukraynaya yardımın dördüncü tranşını azaldacaq.

Oxu.Az "European Pravda"ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier deyib.

"Əgər bütün göstəricilər yerinə yetirilib və 16 islahat həyata keçirilsə idi, Ukrayna 4.5 milyard avro alacaqdı", - o deyib.

Onun sözlərinə görə, AK yalnız 13 islahatı başa çatmış kimi qiymətləndirib və Aİ Şurasına Ukrayna Mexanizmi çərçivəsində dördüncü tranş olaraq Kiyevə 3.05 milyard avro məbləğində ödəniş etməyi təklif edib.

Qeyd olunur ki, mərkəzsiləşdirmə, Ukraynada Aktivlərin Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyinə və Ali Antikorrupsiya Məhkəməsinə hakimlərin seçilməsi ilə bağlı üç islahat həyata keçirilməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 228          Tarix: Dünən, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma