
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər. Bunun üçün onlar səsdən sürətli raketdən istifadə ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria məlumat verib.
Onun sözlərinə görə, hava limanına "Fələstin-2" tipli hipersəsli ballistik raketlə hücum edilib.
Saria əməliyyatın uğurlu olduğunu və zərbə nəticəsində İsrailin əsas hava limanının fəaliyyətini dayandırdığını deyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrindən (SAXAL) HHQ-nin Yəmən ərazisindən buraxılan raketi zərərsizləşdirdiyi bildirilib. Məlumata görə, İsrailin bir sıra rayonlarında hava həyəcanı siqnalları səslənib. Dağıntılar və ya yaralılar barədə məlumat daxil olmayıb.
Paylaş: