Xəbər lenti

"Avropa liderləri Ukraynada böhranın nizamlanmasına nail olmaq istəyirlər".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barərə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

"Tezliklə Avropa liderləri ilə danışacağam. Onlar sazişin bağlanmasını istəyən əla insanlardır", - deyə Tramp Ukraynada sülh nizamlanması üzrə Avropa liderləri ilə onlayn sammit ərəfəsində yazıb.

Qeyd edək ki, bu gün Almaniya Kansleri Fridrix Mertsin təşəbbüsü ilə Trampın, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin, Avropa dövlətlərinin başçılarının və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukraynada sülh məsələsi üzrə onlayn sammit keçiriləcək.

Bu onlayn sammit Ağ Ev rəhbərinin və Rusiya Prezidenti Vladimir Putinin 15 avqustda keçiriləcək görüşü ilə əlaqədar təşkil olunur.

Qeyd edək ki, "The New York Times" Avropa İttifaqı liderlərinin Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli üzrə Avropa tərəfdaşları və Zelenskinin razılığı olmadan hər hansı saziş bağlamasından narahat olduqları barədə xəbər verib. Mənbə yazır ki, Almaniya Kansleri Fridrix Merts və digər siyasətçilərin çıxışları Aİ-nin Trampı Zelenskinin və ya Avropa müttəfiqlərinin arxasında gizli şəkildə Putinlə sülh sazişi imzalamaması üçün razı salmağa çalışacağını göstərir.




Ana səhifəyə qayıt        Baxış: 3 201          Tarix: Bu gün, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma