Xəbər lenti

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin mümkün müdaxilə təhlükəsinə cavab olaraq Bolivar Milli Polisinin səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib.

Oxu.Az xəbər verir ki, Maduro bu barədə "Venezolana de Televisión" telekanalında çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün müdafiə sistemində xalqın, hərbi və polis qüvvələrinin dinamik şəkildə yenidən təşkilinə uğurlu başlanğıc qoyulub.

Maduro vurğulayıb ki, avqustun 24-də ölkə üzrə davam edəcək ehtiyatda olanların və yığma qoşun döyüşçülərinin xalq milisinə qəbul prosesi milli suverenliyin müdafiəsində xalqın döyüş ruhunu gücləndirəcək.

Qeyd edək ki, Bolivar Milli Polisinin sıralarının artırılmasından əvvəl onun tərkibində 4,5 milyon üzv olub.




Ana səhifəyə qayıt        Baxış: 2 525          Tarix: Bu gün, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma