Xəbər lenti

Litvada Şimali Atlantika Alyansının (NATO) 17 min əsgərinin iştirakı ilə hərbi təlimlər başlayır və sentyabrın əvvəlindən oktyabrın sonuna kimi davam edəcək.

Oxu.Az -ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə respublika Silahlı Qüvvələrinin komandanlığından məlumat verilib.

Yeri gəlmişkən, Polşada da paralel olaraq NATO döyüşçülərinin təlimləri başlayıb.

"Qarşımızda NATO-nun müttəfiq qüvvələri ilə koordinasiyada bölmələrin müdafiə planlarını həyata keçirməyə hazırlığını yoxlamaq dayanır", - deyə Latviya ordusunun komandanı, general Raymundas Vaykşnoras bildirib.

Hərbçinin qeyd etdiyi kimi, bu təlimlər Belarus və Rusiyanın təşkil etdiyi "Qərb" təlimlərinə güzgü cavabı kimi keçirilir. Baltikyanı ölkələr və Polşanın planlaşdırdığı manevrlərdə 40 minə yaxın hərbçi iştirak edəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: Dünən, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma