Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması flaqmanı “Mount Whitney” ilə “USS Porter” esminetsinin bu gün Qara dənizə daxil olmasından sonra gözlər istər-istəməz Rusiyanın qərb sahillərinə yönəldi. Bu da səbəbsiz deyildi. Məsələ burasındadır ki, dünən Rusiya XİN-nin Ukrayna ilə bağlı verdiyi bəyanatdan əməlli-başlı barıt qoxusu gəlirdi. ABŞ hərbi gəmilərinin də məhz gözlənilən savaş ərəfəsində Ukraynanı dəstəkləmək üçün Qara dənizə göndərilməsi sualı ağla ilk gələn ehtimallardan biri idi.
6-cı Donanmanın dislokasiya ilə bağlı rəsmi məlumatı da bu ehtimalı qüvvətləndirirdi. Məlumatda açıq şəkildə bildirilirdi ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi vurğulanırdı: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq dənizi və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”.
Məlumatda Qara dənizdə təhlükəsizliyin və sabitliyin qorunmasında ABŞ-ın hansı NATO müttəfiqləri ilə birgə fəaliyyət göstərəcəyi açıq bildirilməsə də, böyük ehtimalla bu ölkələr sahildaş dövlətlər olacaq. Fəqət, sözsüz ki, Rusiya-Ukrayna arasında gərginlik silahlı qarşıdurmalara qədər varacaqsa, birgə müqavimət gücünün ortaya qoyulması yalnız Qara dəniz ölkələri ilə məhdudlaşmaya bilər. Eyni şəkildə Baltikyanı ölkələrin də prosesə daxil olması ehtimalı var.
Bəs, Baltikyanı ölkələr bu arzuolunmaz ssenariyə nə qədər hazırdırlar?
Sirr deyil ki, Baltikyanı ölkələr də uzun müddətdən bəri Rusiyadan gələ biləcək hərbi təhlükələrə tam hazırlıq vəziyyətinə gətirilib. İstər bir müddət əvvəl Böyük Britaniyadan uçan hərbi təyyarələrin Baltikyanı ölkələrin müxtəlif aeroportlarında təlim uçuşları keçirməsi, istər Almaniya Müdafiə nazirinin bu yaxınlarda verdiyi Rusiya ilə nüvə savaşına hazırlıqla bağlı bəyanatı, istərsə də Pentaqonun uzun illər ərzində regiondakı fəaliyyətləri sözügedən təhlükəli tendensiyadan xəbər verir. Baltikyanı ölkələrin maddi-texniki bazası da Rusiyaya hava hücumları keçirmək ssenarisinə tam cavab verəcək səviyyədədir. Rusiyanın “Vzqlyad” nəşrində bu gün dərc olunmuş “Baltikyanı ölkələr Rusiyaya hücum üçün tramplin hazırlayır” sərlövhəli məqalə də bunu göstərir. Aktuallığını nəzərə alıb məqalənin tərcüməsini kiçik ixtisarla oxucularımıza təqdim edirik.
NATO tərəfindən Baltikyanı ölkələrdə ən müasir döyüş təyyarələrinin bazası üçün hazırlanmış üçüncü hərbi aerodrom da istismara verildi. Buraya digər təyyarələrlə yanaşı, nüvə silahı daşıyıcılarının qəbulu imkanları da daxildir.
Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası Sovet ordusu tərəfindən 1970-ci ildə yaradılıb və Baltikyanı ölkələrdəki həmcinslərinin ən böyüklərindən biri olub. Latviya NATO-ya daxil olduqdan sonra alyansın hərbçiləri həmin aviabazada məskunlaşdı. İndi aviabazadan A-10 hücum təyyarələrinin, UH-60 Black Hawk helikopterlərinin və MQ-1 Predator pilotsuz təyyarələrinin yerləşdirilməsi üçün istifadə edilir. “Business Insider”in məlumatına görə, müharibə olarsa, bu pilotsuz təyyarələr düşmənin (yəni Rusiya silahlı qüvvələrinin) hərəkəti haqqında məlumat toplayacaq və onu A-10 Thunderbolt tərəfindən hücumu təşkil edən Birgə İdarəetmə Mərkəzinə göndərəcək. Lazım gələrsə, onlara beşinci nəsil F22-nin çoxməqsədli təyyarələri də qoşula bilər.
2016-cı ilin əvvəlində aviabazanın yenidən qurulmasına - anbarların yaradılmasına, şəxsi heyətin yaşayış məntəqələrinin, yol şəbəkəsinin və uçuş-enmə zolaqlarının təmirinə başlanılıb. Və artıq iş başa çatıb. “İndi NATO Müttəfiq Hərbi Hava Qüvvələrinin Baltikyanı ölkələrdə daha bir modernləşdirilmiş hərbi aerodromuna çıxışı var. Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiqlərin təyyarələrini qəbul etmək iqtidarındadır”, - NATO Hava Komandanlığının 2021-ci ilin oktyabrında verdiyi məlumatda bildirilir.
İddialara görə, hazırda aviabazadan hava patrulu ehtiyacları üçün istifadə edilməsi planlaşdırılır. Baltikyanı ölkələrin hərbi hava qüvvələri müasir qırıcılara malik deyil, lakin NATO-nun digər ölkələrinə məxsus dörd qırıcı təyyarə bölgə üzərindən uçuşlar həyata keçirir və onlar hər altı aydan bir rotasiya edilir.
NATO-nun planına uyğun olaraq, “alyansın qırıcıları... Lielvarde aerodromundan alternativ eniş yeri kimi istifadə edə biləcək”. Yəni, Estoniyanın Emari və Litvanın Zoknyai hava bazalarından istifadə etmək mümkün olmasa, qırıcılar Latviyanın Lielvarde şəhərinə göndəriləcək. Yaxın vaxtlarda Danimarkanın F-16 qırıcıları da artıq Latviya aerodromuna gəlməyi planlaşdırır. Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaqmənzilli PUA-lar da yerləşəcək.
2017-ci ilin martında ABŞ və Latviya arasında hərbi əməkdaşlıq haqqında saziş qüvvəyə minib. Bu sənədlə bağlı publisist Vladimir Linderman yazırdı ki, razılaşdırılmış hərbi obyektlərdə amerikalılar öz mülahizələrinə uyğun şəkildə köhnə binaları yenidən qurmaq və yenilərini tikmək hüququ əldə ediblər. Formal olaraq, bu binalar Latviyaya məxsus olacaq, lakin ABŞ Silahlı Qüvvələri ilə bağlanan müqaviləyə görə, Pentaqon onlardan “lazım olduğu müddətcə” istifadə etmək hüququna malikdir.
Müqavilənin digər mühüm bəndi də var: Latviyaya gələn ABŞ Silahlı Qüvvələrinin hava, dəniz və quru texnikaları Amerika qurumlarının icazəsi olmadan axtarışa və yoxlamaya məruz qala bilməzlər. Praktikada bu o deməkdir ki, istənilən növ silah və sursat yerli hakimiyyət orqanlarının xəbəri olmadan Latviyaya çatdırıla bilər, yeri gəlmişkən, digər NATO müttəfiqlərinin də həmçinin. Razılaşma ikitərəflidir və lazım gələrsə, amerikalılara alyansın ağır bürokratik maşınından yan keçməyə imkan verir”, - Linderman vurğulayır.
NATO-nun Baltikyanı digər mühüm hava bazası Estoniya Amaridir. Bura da alyansın öz ehtiyaclarına uyğunlaşdırdığı keçmiş sovet hərbi aerodromu olub. NATO-nun Avropa Təminat Təşəbbüsü (ERI) adlı proqramının köməyi ilə ABŞ Şərqi Avropada öz hərbi infrastrukturunu qurur. Xüsusilə, 2015-ci ildə bu proqram çərçivəsində Estoniya Amari və Tapa poliqonunun işlənməsi üçün 68 milyon dollar alıb.
Bu pulu yatıran amerikalılar da obyektlərə tam nəzarət əldə ediblər. 2015-ci ilin avqustunda Estoniyanın Müdafiə Nazirliyi ölkəyə gələn ABŞ qoşunlarının dislokasiya yerlərindəki infrastrukturdan istifadə hüquqlarını əks etdirən qanun layihəsi hazırlayıb. Sənədə görə, Tallinn onlara Amariyə, Mərkəzi poliqona (yeri gəlmişkən, Sankt-Peterburqdan 350 kilometrdən az məsafədə yerləşir), Tapa hərbi şəhərciyinə, digər bina və tikililərə maneəsiz giriş təmin edir və bu hərbi obyektlər Estoniya xaricindən gələn qonaqlar tərəfindən istifadə edilə bilər.
Sənəddə ABŞ Silahlı Qüvvələrinin istənilən sayda texnika və təyyarələrinin bu obyektlərə “maneəsiz giriş” anlayışı müəyyən edilib. Yəni, dörd qırıcının daimi dislokasiya yerində sabah ən azı dörd yüz təyyarə də ola bilər - əgər bazanın potensialı buna imkan verərsə.
Xarakterik olaraq, bu sənədin qəbulundan qısa müddət sonra Amari aerodromunda ilk dəfə Amerikanın A-10 Thunderbolt II hücum təyyarəsinin iştirakı ilə təlimlər keçirilmişdi. Estoniya Hərbi Hava Qüvvələrinin polkovniki Yaak Tarien bununla bağlı demişdi: “Bu təlimlər Amari aviabazasının və radar postlarının komandanlığından tutmuş hava monitorinqi operatorlarına və atıcılara qədər hava qüvvələrimizin bütün imkanlarını sınaqdan keçirmək üçün əla fürsət olacaq. Müstəqil döyüş təyyarələrinə sahib olmaq, təəssüf ki, dövlətimizin gücündən kənardadır. Bununla belə, Estoniya Hərbi Hava Qüvvələrinin Müttəfiqlərin təyyarələrini bölgəmizdəki əməliyyatlara tez və effektiv şəkildə cəlb etmək bacarığı bizi güclü müdafiə ilə təmin edəcəkdir”.
Rus hərbi ekspertləri isə A-10 hücum təyyarəsinin aşağı və ultra aşağı gücə malik nüvə silahlarını daşımağa qadir olduğunu bildirirlər. Lazım gələrsə, belə təyyarə Estoniyadan Rusiya sərhədinə bir neçə dəqiqəyə çata bilər. Yaxınlıqda isə Sankt-Peterburq, Ust-Luqadakı liman, Novqorod, Pskov, digər böyük şəhərlər, mühüm infrastruktur var.
Aydın məsələdir ki, hücum olacağı təqdirdə Rusiya silahlı qüvvələri də boş oturmayacaq. Amma NATO hücum təyyarələrinin göyərtəsində nüvə silahı varsa, bu, bütün mənzərəni dəyişir. Hətta bu cür durumlarda tək atəşli həmlə belə, həqiqətən dəhşətli nəticələrə gətirib çıxara bilər.
Ötən illər ərzində Amari aviabazası dəfələrlə müxtəlif hərbi texnikanın yerləşdiyi məkana çevrilib - xüsusən də regionda demək olar ki, davamlı olaraq NATO təlimləri keçirildiyi zamanlarda. Xüsusilə maraqlısı odur ki, ən son F-35A çoxməqsədli qırıcı-bombardmançı təyyarələri və MQ9 Reaper kəşfiyyat və zərbə vuran dronları (belə qurğular həm hədəfləri məhv etmək üçün döyüş raketləri, həm də kəşfiyyat üçün kameralar ilə təchiz oluna bilər) Amariyə eniş edib.
NATO-nun Baltikyanı ölkələrdəki üçüncü mühüm hərbi hava bazası Litvadakı Zoknyai (Şaulyai yaxınlığında) hava bazasıdır. Və yenə də söhbət keçmiş sovet hərbi aerodromundan gedir. 2016-cı ilin mayında Zoknyaidəki aviabazanın modernləşdirilməsinin ABŞ vergi ödəyicilərinə 6,2 milyon avroya başa gələcəyi açıqlanmışdı.
Yenidən qurulan aerodromun əksər obyektləri 2020-ci ilin avqustunda istifadəyə verilib. Bunlara yenilənmiş uçuş yolu, təyyarə anqarlarının qarşısında dayanacaq, yerüstü avadanlıq və təmir üçün yeni anqarlar, hava əməliyyatlarını idarəetmə mərkəzi, üç apron, giriş yolları və digər obyektlər daxildir.
Litvanın müdafiə nazirinin müavini Eimutis Misiunas deyib ki, Zoknyaidə qurulan infrastruktur ABŞ bölmələri və digər NATO üzvləri üçün təlimlərin keçirilməsi üçün şəraiti yaxşılaşdıracaq və onların Baltikyanı regiona köçürülməsini mümkün qədər sürətləndirəcək. Və 2020-ci ilin oktyabr ayında Zoknyai aerodromunda Almaniya Hava Məkanına Nəzarət və Xəbərdarlıq Mərkəzi fəaliyyətə başladı. Oxşar mərkəzlər Karmelava (Litva), Lielvarde (Latviya) və Tallinndə yerləşir. Onların istifadəyə verilməsi 2020-ci il yanvarın 1-dən Baltikyanı hava məkanının vahid idarəetmə sisteminin (BALTNET) fəaliyyətə başlaması ilə əlaqədardır.
Onu da qeyd etmək lazımdır ki, 2018-ci ilin payızında Litvanın Kazlu Ruda şəhərində (Mariyampole rayonu) Baltikyanı ölkələrdə bütün NATO standartlarına cavab verən ilk hərbi hava poliqonu peyda olub. Bu obyekt Rusiya ilə sərhəddən təxminən 60 kilometr aralıda yerləşir və NATO təyyarələri tərəfindən yer hədəflərinə zərbələr endirmək üçün istifadə olunur. Aerodromun tikintisi il boyu davam etdi. Layihəyə ABŞ-ın Avropa Təminat Təşəbbüsü (ERI) tərəfindən maliyyələşdirilən ABŞ Hərbi Hava Qüvvələrinin mühəndislik bölməsi Red Horse (Pensilvaniyadan) cəlb olundu. 2019-cu ilin oktyabr ayında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52 strateji bombardmançı təyyarəsi ilk dəfə Kazlu Rudada təlim keçirdi. Onlar hədəflərin (binaların və maşın karvanlarının) üzərindən yeddi dəfə uçaraq, təxminən altı kilometr hündürlükdən onların üzərinə 12 ədəd BDU 50 inert bomba atdılar. Amerikalı dostlarının təlimini həvəslə izləyən litvalıların qürurla bildirdiyi kimi, “bütün hədəflər uğurla vurulub”.
Yeri gəlmişkən, əgər nəsə olarsa və zərurət yaranarsa, NATO-nun döyüş təyyarələri Baltikyanı ölkələrdə aerodromsuz da keçinə bilərlər. Bu ilin avqustunda Latviyada Şimal zərbəsi alyansının təlimləri çərçivəsində qeyri-adi manevrlər sınaqdan çıxarıldı. Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu ölkədə magistral yola endi. Bunun A-10 hücum təyyarəsi və C-146 Wolfhounds nəqliyyat-sərnişin təyyarəsi olduğu ortaya çıxdı. Bu cür təlim faktına əsasən, NATO alyansı Baltikyanı ölkələri gələcək hərbi əməliyyatlar üçün mümkün arena kimi getdikcə daha çox nəzərdən keçirir”.
Tərcümə Ovqat.com-a aiddir
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar