Xəbər lenti

Fələstinin HƏMAS hərəkatı xəbərdarlıq edib ki, İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarı girovların ölməsi ilə nəticələnə bilər.

"Report" xəbər verir ki, bu barədə "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının silahlı qanadı özünün teleqram kanalında yerləşdirdiyi videoda bildirib.

"İsrail Qəzzada hərbi əməliyyatları genişləndirməsinin cəzasını əsgərlərinin və girovlarının həyatı ilə ödəyəcək", - videoda deyilir.

Sağ qalan girovların dəqiq sayı barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 2 823          Tarix: 3-09-2025, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma