Xəbər lenti

2020-ci ildə sərhəddə baş verən atışmalar zamanı Çin Hindistan əsgərlərinə qarşı elektromaqnit silahlarından istifadə edib.

Oxu.Az "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ senatoru Bill Hagerti bildirib.

O qeyd edib ki, Çin və Hindistan arasında uzun müddətdir narazılıq və inamsızlıq mövcuddur:

"Cəmi beş il əvvəl Çin və Hindistan mübahisəli sərhəd uğrunda döyüşürdülər və Çin elektromaqnit silahlarından hind əsgərlərini sözün əsl mənasında əritmək üçün istifadə edirdi", - deyə senator vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin mayında Çin və Hindistan arasında faktiki nəzarət xəttində hərbi qarşıdurma başlamışdı. İyunun 15-də baş verən döyüş nəticəsində hər iki tərəf itki verib. Hindistan 20 hərbçi itkisini etiraf edib, lakin Pekin öz itkilərinin sayını açıqlamayıb.

Heç bir tərəf bu münaqişədə elektromaqnit silahlarından istifadə edildiyini rəsmi olaraq bəyan etməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 296          Tarix: Dünən, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma