Xəbər lenti

NATO-nun baş katibi Mark Rütte Rusiyanın müasir raketlərinin bütün Avropaya ciddi təhlükə yaratdığını bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, söhbət artıq yalnız alyansın şərq cinahındakı dövlətlərdən getmir.

“Müasir Rusiya raketləri təkcə şərq cinahındakı ölkələrə deyil, həm də London və Madrid kimi şəhərlərə sürətlə çata bilir. Bu isə bütün Avropanı təhlükə altına qoyur”, – deyə Rütte bildirib.

NATO rəhbərinin bu açıqlaması Moskvanın hərbi potensialının qitənin təhlükəsizliyi üçün nə dərəcədə geniş risklər yaratdığını bir daha gündəmə gətirib.




Ana səhifəyə qayıt        Baxış: 2 254          Tarix: Bu gün, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma