Xəbər lenti

"Fələstinin HƏMAS radikal qruplaşması Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Yaxın Şərq məsələsinin sülh yolu ilə nizamlanması üzrə yüksəksəviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

"HƏMAS idarəçilikdə heç bir rol oynamayacaq. HƏMAS və digər qruplaşmalar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidirlər", - deyə o vurğulayıb.

Mahmud Abbasın sözlərinə görə, Fələstin Milli Administrasiyası azad silah olmadan, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır.

Qəzzada müharibədən sonrakı idarəçiliklə bağlı danışıqlar son bir neçə il ərzində Misirin vasitəçiliyi ilə Fələstinin FƏTH və HƏMAS hərəkatları arasında aparılır, sonuncu raund 2-4 noyabr 2024-cü il tarixlərində Qahirədə baş tutub. İclasın yekununa əsasən, müvəqqəti orqanın yaradılması qərara alınıb ki, ümum-Fələstin milli razılıq hökuməti formalaşana qədər zolağı idarə etsin. Bu struktur "ictimai dəstək komitəsi" adını alıb. Misir mənbələri iddia edirlər ki, bu orqan Abbasın fərmanı ilə yaradılıb və onun tərkibinə Qəzzadan olan, lakin heç bir siyasi partiyaya aid olmayan müstəqil nümayəndələr daxildirlər.




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: Bu gün, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma