Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 106          Tarix: Bu gün, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma