Xəbər lenti
13-10-2025, 19:07

NATO-nun baş katibi Mark Rütte alyans ölkələrinə Rusiyadan gələn hərbi təhdidlərlə bağlı soyuqqanlı qalmağı tövsiyə edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, NATO-nun iqtisadi gücü və hərbi potensialı Rusiya ilə müqayisə olunmayacaq dərəcədə üstündür.

“Hava məkanı torpaq kimi deyil - burada həm hərbi, həm də siyasi baxımdan ciddi fərqlər var. Xahiş edirəm, bunu nəzərə alın. Mənim yeganə çağırışım budur ki, hamımız sakit olaq, çünki NATO ölkələrinin iqtisadiyyatı Rusiyanın iqtisadiyyatından 25 dəfə böyükdür”, - deyə Rütte bildirib.

Baş katib əlavə edib ki, hava qüvvələri sahəsində də NATO-nun üstünlüyü aydındır:

“Ruslar bizimlə müqayisə oluna bilməz. Onların MiQ-31-ləri, ya da necə adlanırsa, və zəif hazırlıqlı pilotları bizim hava qüvvələri ilə rəqabət apara bilməz”.

Bundan başqa NATO-nun baş katibi Mark Rütte alyans ölkələrini Çin və Rusiyanın fəaliyyətinə qarşı diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, Pekin Moskvanı NATO ilə qarşıdurmaya çəkmək üçün istifadə edə bilər.

“Çox güman ki, Çin bu münasibətlərdə kiçik tərəfdaş olan, Vladimir Putinin rəhbərlik etdiyi Rusiyanı NATO-ya qarşı çıxmağa məcbur edəcək. Bu, bizi məşğul saxlamaq üçün edilə bilər. Buna görə də biz müttəfiqlər kimi sıx əməkdaşlıq etməliyik. Hibrid təhdidlər, əlbəttə ki, ciddi narahatlıq doğurur və biz bunun üzərində işləyirik”, - deyə Rütte bildirib.

Mark Rütte çıxışı zamanı Rusiyanı təhqir etməyi də unutmayıb və onu “Çinin kiçik ortağı” adlandırıb. O, həmçinin Tayvan məsələsinə toxunaraq, bölgədəki gərginliyin qlobal təhlükəsizlik sisteminə təsir edə biləcəyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 031          Tarix: Dünən, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma