Xəbər lenti

 

Hindistanda "Gotmar Mela" daş atma festivalında xəsarət alanların sayı 462 nəfərə çatıb.

Ovqat.com "Report"a istinadən bildirir ki, bu barədə "India Today" qəzeti yazıb.
Polis bildirib ki, festival zamanı 10 nəfər ağır xəsarət alıb. Onlardan üçü kritik vəziyyətdədir.
Festival iştirakçıları təcili yardım və polis maşınlarını əzməyə başladıqdan sonra hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.
Qəzetin məlumatına görə, qanlı ənənə bir neçə yüz ildir mövcuddur. Caan çayının sahilindəki Pandxern və Savarqaon kəndlərinin sakinləri hər il əllərinə daş götürərək sahilə çıxırlar.
Festival zamanı ölüm hallarının da olduğu məlumdur.




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 22-08-2017, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma