İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünün əvvəlində "Hizbullah"a qarşı əməliyyatın xatirəsi olaraq ona biri adi, digəri qızıl suyuna çəkilmiş iki peycer hədiyyə edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail hökumət başçısının ofisinin müşaviri Dmitri Hendelman TASS-a bildirib.
Onun sözlərinə görə, Tramp cavabında "bu, möhtəşəm əməliyyat idi" deyib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17-i və 18-də Livanın müxtəlif rayonlarında əsasən peycer və radiolarda çoxsaylı partlayışlar baş verib. Yerli hakimiyyətin məlumatına görə, bu hadisələrdə 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. Livan şiə təşkilatı "Hizbullah" partlayışların təşkilində İsraili günahlandırıb. Yəhudi dövləti əvvəlcə rəsmi olaraq bu aksiyada iştirakını etiraf etməyib, lakin noyabrın 11-də Hendelman bildirib ki, Netanyahu Livanda rabitə cihazlarının partladılması üzrə sentyabr əməliyyatını şəxsən təsdiqləyib.
Paylaş: